10 dekabr 2025. Çərşənbə

Sumqayıt millimizin sabiq futbolçusu ilə müqavilə imzaladı


  • Transfer
  • 13:54 15.01.2021
  • Oxunma sayı: 210
Sumqayıt millimizin sabiq futbolçusu ilə müqavilə imzaladı

 “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclər şəhəri" son olaraq Moldovanın “Dinamo-Avto” klubunda çıxış etmiş Dmitri Nağıyevi heyətinə qatıb.

26 yaşlı sağ cinah müdafiəçisi ilə 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dmitri Nağıyev 2018-ci ilin iyulunda "Sumqayıt"la müqavilə bağlasa da, 1 ay sonra Portuqaliyanın I Divizion təmsilçisi "Cova da Piedade" klubuna keçib.

O, Azərbaycanın U-21 millisinin də şərəfini qoruyub. "Sumqayıt" daha əvvəl Mehdi Şərifi və Höccət Haqverdini heyətinə qatıb, Cabir Əmirlini isə "Neftçi"dən icarəyə götürüb.







Transfer