2 oktyabr 2026. Cümə

Milan'dan ilk transfer


  • Transfer
  • 15:12 15.01.2021
  • Oxunma sayı: 219
Milan'dan ilk transfer
“Milan” heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.

Corner.az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, “qırmızı-qaralar” “Torino”nun futbolçusu Sualixo Meyteni transfer edir. 26 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər icarə götürüləcəyi bildirilib.

Fransalı futbolçunun bu gün tibbi müayinədən keçəcəyi qeyd olunub.

Qeyd edək ki, Meyte bu mövsüm “Torino”nun heyətində 16 oyunda iştirak edib, 1 qol və  1 məhsuldar ötürmə ilə yadda qalıb.





Transfer