- Transfer
- 23:50 09.12.2025
"Mançester Yunayted”in icarə əsasında “Milan”da çıxış edən futbolçusu Dioqo Dalot karyerasını İspaniyada davam etdirə bilər.
Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "Barselona" 21 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.
Lakin Kataloniya təmsilçisi portuqaliyalı futbolçu üçün 12 milyon avrodan çox pul ödəmək istəmir. Tərəflər arasında danışıqların davam etdiyi bildirilib.
Qeyd edək ki, Dalot cari mövsüm “Milan”da 14 matçda 1 qol vurub.