10 dekabr 2025. Çərşənbə

Özil Arsenal'la müqaviləsini ləğv edir


  • Transfer
  • 15:05 16.01.2021
  • Oxunma sayı: 188
Özil Arsenal'la müqaviləsini ləğv edir

"Arsenal”ın futbolçusu Məsut Özillə yollarını ayıracağı dəqiqləşib.

Corner.az xəbər verir ki, bu barədə “Atletik” nəşri məlumat yayıb. Tərəflərin müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verəcəkləri bildirilib.

Həmçinin 32 yaşlı yarımmüdafiəçinin bu həftəsonu azad agent kimi “Fənərbaxça”ya keçəcəyi vurğulanıb.

Qeyd edək ki, Özil bu mövsüm “Arsenal”ın Premyer Liqa və Avropa Liqası üçün sifariş ərizəsinə daxil edilməmişdi.







Transfer