- Transfer
- 22:06 30.10.2024
"Mançester Siti” yay transfer pəncərəsində yeni futbolçular cəlb etmək üçün yüksək məbləğdə pul xərcləməyə hazırdır.
Corner.az “The Telegraph”a istinadən xəbər verir ki, “şəhərlilər” bu transferlər üçün 200 milyon funt-sterlinq ayıracaq.
Pep Qvardiola komandasında hücum xəttini gücləndirmək istəyir. Bunun üçün də Borussiya Dortmund'dan Erlinq Haland və İnter'dən Romelu Lukaku'nu transfer etməyi planlaşdırır. Qvardiola'nın daha bir hədəfi isə Benfika'nın gənc hücumçusu Darvin Nunezdi.
Həmçinin Premyer Liqa klubu bu mövsümün sonunda müqaviləsi bitəcək Fernandinyonun da yerinə yeni yarımmüdafiəçi almağı da nəzərdən keçirir.
Qeyd edək ki, “Mançester Siti” Premyer Liqanın turnir cədvəlində 31 xalla 4-cü pillədə qərarlaşıb.