- Transfer
- 22:06 30.10.2024
"Çox həyəcanlıyam, çünki mən hər zaman "Fənərbaxça" azarkeşi idim. Bir xəyal təkcə klub üçün yox, mənim üçün də gerçəkləşir".
Corner.az-ın məlumatına görə, bu fikirləri "Arsenal" dan "Fənərbaxça"ya keçən Mesut Özil İstanbul təmsilçisinin rəsmi telekanalına açıqlamasında deyib.
32 yaşlı yarımmüdafiəçi yeni komandasının formasını geyinəcəyi üçün də həyacanlı olduğunu bildirib: "Ümid edirəm ki, komanda yoldaşlarımla birlikdə uğur qazana biləcəyik. Həyəcanlıyam, başqa nə isə demək istəmirəm. İnanıram ki, hər şey yaxşı olacaq. Xeyirli olsun".
Özil "Fənərbaxça" azarkeşlərinə ona dəstək olduqları üçün təşəkkür edib: "Onlar məni hər zaman dəstəklədilər. "Fənərbaxça" böyük klubdur. Böyük cameə olduğumuzu hər zaman göstəririk, yenə göstərdilər. Çox xoşbəxtəm, azarkeşlərə təşəkkürümü meydanda qaytaracağam".
Qeyd edək ki, Mesut Özil 2013-ci ildən "Arsenal"da çıxış edirdi.