3 iyul 2026. Cümə

Bekhemin klubunda yeni baş məşqçi


  • Transfer
  • 01:47 19.01.2021
  • Oxunma sayı: 175
Bekhemin klubunda yeni baş məşqçi
ABŞ-ın “İnter Mayami” klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Corner.az xəbər verir ki, İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin sahibi olduğu klub bu postu Fil Nevilə həvalə edib.
 
Bekhem komandasını vaxtilə “Mançester Yunayted”də oynadığı 43 yaşlı mütəxəssisə tapşırıb. Bu barədə klubun rəsmi saytı məlumat yaysa da, tərəflər arasındakı müqavilənin detalları açıqlanmayıb.
 
Qeyd edək ki, Nevill, 2018-ci ildən qadınlardan ibarət İngiltərə yığmasını çalışdırırdı.






Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır