8 aprel 2026. Çərşənbə

Milan Mandzukiçin transferini açıqladı


  • Transfer
  • 16:15 19.01.2021
  • Oxunma sayı: 181
Milan Mandzukiçin transferini açıqladı

"Milan" heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" xorvatiyalı hücumçu Mariyo Mandzukiçlə müqavilə imzalayıb.

34 yaşlı futbolçu ən azı 2020/2021 mövsümünün sonunadək Milan'ın uğurları üçün çalışacaq. Mandzukiç ilə sözləşmənin müddəti yayda daha 1 il müddətinə uzadıla bilər.

Qeyd edək ki, Mario Mancukiç daha əvvəl İtaliyada "Yuventus"un şərəfini qoruyub. O son komandası Qətərin "Əl-Duhail" olub.







Transfer