8 aprel 2026. Çərşənbə

Monako'dan 20 milyonluq transfer


  • Transfer
  • 09:02 22.01.2021
  • Oxunma sayı: 230
Monako'dan 20 milyonluq transfer
 “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi  “Brügge”nin yarımmüdafiəşçisi Krepen Diattanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Knyazlıq” təmsilçisi seneqallı futbolçu üçün “Brügge”yə 20 milyon avro ödəyib.
 
“Monako” öz futbolçularından Straxinyo Pavloviçi də Belçikanın digər klubu “Serkl Brügge”yə icarəyə verib. 19 yaşlı müdafiəçi mövsümün sonuna qədər Belçikada çıxış edəcək.






Transfer