- Transfer
- 23:58 01.10.2026
"Marsel" klubu "Napoli"nin oyunçusu Arkadiuş Miliki heyətinə cəlb edib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi 26 yaşlı hücumçunu mövsümün sonuna qədər icarəyə götürüb.
"Marsel" polşalı futbolçunu 8+4 milyon avro qarşılığında transfer etmək hüququna malikdir.
Qeyd edək ki, "Napoli" Miliki 2016-cı ildə "Ayaks"dan 32 milyon avroya transfer edib.