- Transfer
- 20:56 10.12.2025
"Arsenal" heyətini yeni oyunçu ilə gücləndirib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "topçular" "Brayton"dan 28 yaşlı qapıçı Metyu Rayanı mövsümün sonunadək icarəyə götürüb.
Avstraliyalı qolkiper London klubunda 33 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, hazırda "Arsenal"ın əsas qapıçısı Almaniya millisinin də üzvü olan Bernd Lenodur.