- Transfer
- 12:47 04.12.2025
Napoli'nin kapitanı Marek Hamsik karyerasını Çində davam etdirə bilər.
Corner.az xəbər verir ki, 30 yaşlı futbolçu Shandong Luneng klubuna keçməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.Məlumatda, Çin təmsilçisinin Hamsik'ə 3 illik müqavilə təklif edəcəyi bildirilib. Hamsik razılaşdığı təqdirdə yeni klubunda 3 mövsüm üçün 30 milyon avro məvacib alacaq.
Qeyd edək ki, slovakiyalı futbolçu 2007-ci ildən Napoli'də çıxış edir.