"Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, İstanbul təmsilçisi “Kuinz Park Reyncers” klubunun yarımmüdafiəçisi Brayt Osayi-Samueli transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, 23 yaşlı vingerin özü və klubu ilə razılıq əldə olunduğu vurğulanıb. Nigeriyalı yarımmüdafiəçi tezliklə İstanbula gəlib tibbi müayinədən keçərək, 4.5 illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, Osayi-Samuel 2017-ci ildən “Kuinz Park Reyncers”də çıxış edir. O, daha öncə iki il yetirməsi olduğu “Blekpul”da da forma geyinib.