- Transfer
- 22:06 30.10.2024
"Borussiya Dortmund"un sabiq futbolçusu Sindzi Kaqava karyerasını Yunanıstanda davam etdirəcək.
Corner.az xəbər verir ki, "PAOK" klubu 31 yaşlı yarımmüdafiəçini heyətinə qatıb.
Yunanıstan təmsilçisi tibbi müayinədən keçdikdən sonra yaponiyalı futbolçu ilə 1,5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Kaqava ötən mövsüm Saraqosa klubunda çıxış etmişdi.