"Qalatasaray” sabiq yarımmüdafiəçisi Henri Onyekurunu yenidən heyətinə qatıb.
Corner.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Məlumatda, 23 yaşlı futbolçunun “Monako”dan mövsümün sonuna kimi icarəyə götürüldüyü vurğulanıb. Nigeriyalı vinger köhnə-yeni komandasında “7” nömrəli forma ilə çıxış edəcək.
“Qalatasaray” “Monako”ya 650 min avro icarə haqqı ödəyəcək. Oyunçunun birdəfəlik transferi üçün isə İstanbul klubunun 4.35 milyon avro ödəməsi lazımdır. Lakin bu, 2021-ci ilin 11 iyununadək keçərlidir. “Onyekuru”nun özü isə "sarı-qırmızı"larda bu mövsüm 750 min avro qazanacaq.