“Antalyaspor” klubuna transfer qadağası qoyulub.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Super Liqa təmsilçisinə transfer qadağasının qoyulmasına klubun sabiq futbolçuları Samir Nəsri, Danilo Souza Kampos, Saso Fornezzi və Qustavo Blanko Leşuka olan 4 milyon 500 min avroluq borc səbəb olub. Qadağa yalnız bu məbləğ tam ödənildikdən sonra aradan qaldırılacaq.
Qeyd edək ki, “Antalyaspor” bu mövsüm Super Liqada keçirdiyi 20 oyuna 26 xal tolayıb və 10-cu pillədə qərarlaşıb.