8 aprel 2026. Çərşənbə

Real'dan Arsenal'a


  • Transfer
  • 15:52 27.01.2021
  • Oxunma sayı: 190
Real'dan Arsenal'a

"Real Madrid"in futbolçusu Martin Edeqor "Arsenal"a keçib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi London təmsilçisində icarə əsasında çıxış edəcək.

Norveçli futbolçu ilə 2020/2021 mövsümünün sonunadək müqavilə imzalanıb. Edeqor yeni komandasında 11 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Martin Edeqor ötən mövsümü icarə əsasında İspaniyanın "Real Sosyedad" klubunda keçirib.







Transfer