"Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, İstanbul təmsilçisi “Kuinz Park Reyncers”in yarımmüdafiəçisi Brayt Osayi-Samueli transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, 23 yaşlı vingerlə 4.5 illik müqavilə imzalandığı vurğulanıb. Nigeriyalı yarımmüdafiəçi yeni komandasında “21” nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Osayi-Samuel 2017-ci ildən “Kuinz Park Reyncers”də çıxış edirdi.