- Transfer
- 23:57 07.04.2026
"Barselona" klubunun rəhbərliyi "Valensiya"nın futbolçusu Xose Qaya və "Çelsi"nin oyunçusu Markos Alonsonu transfer etməyi planlaşdırır.
Corner.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” bildirib.
Məlumata görə, "Barselona"da Xunior Firponun perspektivindən narazıdı və Jordi Albanı əvəz etmək üçün oyunçu axtarırlar.
Bildirilir ki, "Valensiya" ciddi maliyyə çətinlikləri ilə üzləşib və 25 yaşlı oyunçunu təxminən 30 milyon avroya satmağa hazırdır
"Barselona" Markos Alonsonu transferini nəzərdən keçirir. 30 yaşlı futbolçunun “Transfermarkt” portalı 13 milyon avro olaraq qiymətləndirir. Alonsonun xidmətində "Atletiko Madrid"də maraqlıdır.
Qeyd edək ki, Xose Qaya ilə "Valensiya"nın müqaviləsinin müddəti 2023-cü ildə bitəcək.Alonso "Çelsi” ilə müqaviləsi 2023-cü ildə başa çatacaq.