11 dekabr 2025. Cümə axşamı

Mitroqlunun yeni klubu bəlli oldu


  • Transfer
  • 16:14 28.01.2021
  • Oxunma sayı: 167
Mitroqlunun yeni klubu bəlli oldu
Yunanıstan millisinin hücumçusu Kostas Mitroqlunun yeni klubu müəyyənləşib.
 
Corner.az xəbər verir ki, 32 yaşlı futbolçu “Aris” klubuna keçib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yunanıstan təmsilçisi Mitroqlu ilə 1,5 illik müqavilə imzalayıb.
 
Mitroqlu daha əvvəl İngiltərədə “Fulhem”, Portuqaliyada “Benfika”, Türkiyədə “Qalatasaray”, Niderlandda PSV, Yunanıstanda “Olimpiakos” və “Atromitos” kimi klublarda forma geyinib. Hücumçu son olaraq “Marsel”in uğurları üçün çalışıb.
 







Transfer