8 aprel 2026. Çərşənbə

İnter onunla müqaviləni yeniləyir


  • Transfer
  • 20:53 28.01.2021
  • Oxunma sayı: 170
İnter onunla müqaviləni yeniləyir

 "İnter"in futbolçusu Lautaro Martines klubla yeni müqavilənin detallarını razılaşdırıb.

Corner.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Nikola Skira özünün tvitter hesabında paylaşım edib.

Onun sözlərinə görə, 23 yaşlı hücumçunun sözləşməsinin müddəti 2024-cü ilin yayınadək uzadılacaq. Argentinalı forvardın hər mövsüm üçün  5 milyon avro məvacib alacaq.

Qeyd edək ki, 2018-ci ildən "İnter"də çıxış edən Lautaro Martines cari mövsümdə 27 oyun keçirib və 10 qol vurub.







Transfer