- Transfer
- 19:58 11.12.2025
PSJ klubu futbolçusu Kilian Mbappe ilə yollarını ayıra bilər.
Corner.az "Marca"ya istinadən xəbər verir ki, Paris təmsilçisi hələ də yeni müqaviləyə razılaşmayan 22 yaşlı hücumçunu satmağa hazırlaşır.
Rəhbərlik fransalı futbolçunun 2022-ci ilin yayında komandanı azad agent kimi tərk etməsinin tərəfdarı deyil.
Mbappe ilə "Real Madrid" və "Liverpul" klubları yaxından maraqlanır.
Qeyd edək ki, Mbappe 2018-ci ildən PSJ-də çıxış edir.