11 dekabr 2025. Cümə axşamı

Qalatasaray yeni transferini açıqladı


  • Transfer
  • 02:05 29.01.2021
  • Oxunma sayı: 179
Qalatasaray yeni transferini açıqladı
 “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Corner.az xəbər verir ki, İstanbul təmsilçisi Misirin “Zəmələk” klubundan Mustafa Məhəmmədi heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda, Mustafanın mövsümün sonuna kimi icarəyə götürülməsi ilə bağlı futbolçunun özü və klubu ilə danışıqlara başlanıldığı vurğulanıb. Məhəmməd tezliklə Türkiyəyə gələrək tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq.
 
Klubun 23 yaşlı futbolçunu 1.5 illik icarəyə götürdüyü bildirilir. “Qalatasaray” bunun üçün qarşı tərəfə 2 milyon dollar ödəyəcək. Misirli futbolçunun müqaviləsində transfer hüquqlarını almaq bəndi də var. "Sarı-qırmızılar”ın bunun üçün qarşı tərəfə əlavə 4 milyon dollar ödəməli olacaq.






Transfer