11 dekabr 2025. Cümə axşamı

Neftçi'dən göndərilən hücumçu Fransa klubunda


  • Transfer
  • 10:11 30.01.2021
  • Oxunma sayı: 216
Neftçi'dən göndərilən hücumçu Fransa klubunda

Qış fasiləsində "Neftçi"dən ayrılan konqolu futbolçu Prins İbara karyerasını Fransada davam etdirəcək.

Corner.az xəbər verir ki, müqavilə ilə "Berşot"a məxsus olan 25 yaşlı hücumçu icarə əsasında "Şatoru" klubuna keçib.

Afrikalı futbolçu Liqa 2 təmsilçisi ilə 2020/2021 mövsümünün sonunadək sözləşmə imzalayıb.

Qeyd edək ki, Prins İbara cari mövsümün ilk yarısını "Neftçi"də icarə əsasında keçirib. O, 7 oyuna 1 qol vurub.







Transfer