3 iyul 2026. Cümə

Avstriya klubundan Mahir açıqlaması


  • Transfer
  • 10:28 30.01.2021
  • Oxunma sayı: 246
Avstriya klubundan Mahir açıqlaması

Avstriyanın "Şturm" klubu "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə maraqlandıqlarına dair xəbərləri təkzib edib.

Corner.az-ın xəbərinə görə, klubun idman direktoru Andreas Şiker yayılan xəbərlərlə bağlı "kleinezeitung.at" saytına açıqlaması verib. O, 24 yaşlı hücumçu üçün Ağdam klubuna təklif göndərmədiklərini bildirib: "Bu, tamamilə cəfəngiyyatdır. Bizim forvard transferi ilə bağlı heç bir kluba müraciətimiz olmayıb. Əsas hücumçumuz Bekim Balyay komandada qalır. Onun Türkiyə klubuna keçəcəyi ilə bağlı xəbərlər də həqiqəti əks etdirmir".

Qeyd edək ki, son vaxtlar Mahir Emrelinin adı "Şturm"la yanaşı, Polşa və Macarıstan klubları ilə də hallanır.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır