“Milan” qapıçısı Canluici Donnarumma ilə yeni müqavilə imzalamaq istədiyini xəbər vermişdik.
Corner.az xəbər verir ki, “qırmızı-qaralar” 21 yaşlı qolkiperlə aparılan danışıqları dayandırıb.
Bu barədə klubun texniki direktoru Paolo Maldini İtaliya mətbuatına açıqlamasında bildirib:
“Müqavilənin yenilənməsi ilə bağlı danışığı dayandırdıq. Transfer pəncərəsi bağlanana qədər gözləmək istəyirik”.
Qeyd edək ki, italiyalı qolkiper 2015-ci ildən “Milan”da çıxış edir.Onun klubla müqaviləsi cari mövsümün sonunda başa çatır