"Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi son çempion “Başakşəhər”dən İrfan Can Kahvecini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları hələ açıqlanmır.
Türkiyə mətbuatının iddiasına görə “Fənərbaxça” bu 25 yaşlı yarımmüdafiəçi üçün öz oyunçularından Tolqa Cigerci və Deniz Türüçü transfer hüquqları ilə birgə “Başakşəhər”ə göndərəcək. Üstəlik, məbləği açıqlanmayan təzminat da ödəyəcək.
Qeyd edək ki, İrfan Can Kahveci 2017-ci ildən “Başakşəhər”də çıxış edirdi