3 iyul 2026. Cümə

Qarabağ'ın sabiq futbolçusu Danimarka klubunda


  • Transfer
  • 19:49 01.02.2021
  • Oxunma sayı: 192
Qarabağ'ın sabiq futbolçusu Danimarka klubunda

"Qarabağ"ın sabiq futbolçusu Ailton Silvanın yeni klubu müəyyənləşib.

Corner.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi Danimarkanın "Midtüllan" klubunda çıxış edəcək. Müqavilə ilə Almaniyanın "Ştutqart" klubuna məxsus olan braziliyalı futbolçu yeni komandasında mövsümün sonunadək icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, 2019/2020 mövsümündə "Qarabağ"da icarə əsasında oynamış Ailton Silva 2015/2016 mövsümündə "Neftçi"də çıxış edib. 







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır