“Vest Bromviç” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Selta”nın türkiyəli yarımmüdafiəçisi Okay Yokuşlunu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.
Qeyd edək ki, Okay, 2018-ci ildən İspaniya təmsilçisində çıxış edirdi. O, bu mövsüm “Selta”da 14 rəsmi matça çıxmışdı.