“Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Barselona”nın müdafiəçisi Jan-Kler Todibonu heyətinə qatıb.
Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. “Nitsa” 21 yaşlı futbolçunu satınalmaq şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.
Qeyd edək ki, Todibo, 2019-cu ildə “Barselona”ya transfer edilsə də, Kataloniya təmsilçisində möhkəmlənə bilməmişdi.