“Mançester Yunayted” klubu futbolçusu Markos Roxonu satıb.
Corner.az xəbər verir ki, 30 yaşlı müdafiəçi “Boka Xuniors” klubuna keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Roxo ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Roxo 2014-cü ildən “Mançester Yunayted”də çıxış edirdi.