7 may 2026. Cümə axşamı

Bursaspor'dan Ayntraxt'a


  • Transfer
  • 09:01 04.02.2021
  • Oxunma sayı: 176
Bursaspor'dan Ayntraxt'a
 “Ayntraxt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Corner.az xəbər verir ki, Frankfurt təmsilçisi “Bursaspor”un hücumçusu Ali Akmanı heyətinə qatıb.
 
Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Lakin 18 yaşlı futbolçu ilə imzalanan müqavilənin müddəti və digər detallar açıqlanmayıb.
 
Qeyd edək ki, “Bursaspor”un öz yetirməsi olan Ali Akman, daha öncə “İnegölspor”da da futbolun sirlərinə yiyələnib. O, 2019-cu ildən Bursa klubunun əsas komandasında çıxış edirdi.






Transfer