3 iyul 2026. Cümə

Neymar Premyer Liqaya keçmə ehtimalından danışdı


  • Transfer
  • 21:13 04.02.2021
  • Oxunma sayı: 196
Neymar Premyer Liqaya keçmə ehtimalından danışdı

PSJ-nin futbolçusu Neymar karyerasını İngiltərə Premyer Liqasında davam etdirməsi ehtimalından danışıb.

Corner.az "Daily Mail"ə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu belə bir versiyanın onu maraqlandırmadığını deyib:

"İngiltərə çempionatında çıxış etməklə maraqlanıram? Premyer Liqa matçlarına çox az baxıram. Amma orada fiziki təmasların çox olduğunu eşitmişəm. Lakin Fransa çempionatında da güc futbolu kifayətdir. Məni motivasiya edən məğlubiyyətlər deyil, bir vaxtlar qazandığım qələbələrdir. Çempionlar Liqasında qalib gəlməyin nə olduğunu bilirəm və buna PSJ ilə də nail olmaq istəyirəm".

Qeyd edək ki, Neymar bu mövsüm PSJ-nin heyətində 10 oyuna çıxaraq, 6 qol vurub və 4 qolun ötürməsini verib.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır