4 oktyabr 2026. Bazar günü

Mançester Yunayted'dən ayrılan futbolçu Ərəbistan klubunda


  • Transfer
  • 14:18 05.02.2021
  • Oxunma sayı: 210
Mançester Yunayted'dən ayrılan futbolçu Ərəbistan klubunda
“Mançester Yunayted”də çıxış edən Odion İqalonun yeni klubu bilinib.
 
Corner.az xəbər verir ki, nigeriyalı hücumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
 
O, “Əl Şabab” klubuna keçib. Bu barədə Ər-Riyad təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İqalo ilə 2,5 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, İqalo ötən ilin yanvarında Çinin “Şanxay Şenxua” klubundan icarə əsasında “Mançester Yunayted”ə keçmişdi. O, İngiltərə təmsilçisində 23 oyunda 5 qol vurub, 1 qolun ötürməsini verib.





Transfer