13 dekabr 2025. Şənbə

ABŞ klubundan rekord transfer


  • Transfer
  • 15:20 07.02.2021
  • Oxunma sayı: 225
ABŞ klubundan rekord transfer
ABŞ-ın “Çinçinatti” klubu heyətinə yeni futbolçu cəlb edib.
 
Corner.az xəbər verir ki, MLS təmsilçisi “San Paulo”nun hücumçusu Brenneri transfer edib.
 
Bu barədə Braziliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 21 yaşlı forvardla müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
ABŞ mediasının yaydığı məlumata görə, “Çinçinatti” braziliyalı futbolçuya görə “San Paulo”ya 15 milyon dollar ödəyib. Bu isə həm klub, həm də MLS tarixində rekord transfer məbləğidir. Daha öncə “Atlanta Yunayted” də 2018-ci ildə Argentinanın “İndependyente” klubundan argentinalı yarımmüdafiəçi Esekiel Barkonu məhz 15 milyon dollara transfer etmişdi.
 
Qeyd edək ki, Brenner “San Paulo”nun öz yetirməsidir. O, bu klubun əsas komandasında indiyə qədər 74 matça çıxıb və 27 qola imza atıb.






Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı