3 iyul 2026. Cümə

Hondanın yeni klubu bəlli oldu


  • Transfer
  • 16:10 08.02.2021
  • Oxunma sayı: 196
Hondanın yeni klubu bəlli oldu
 Yaponiya millisinin sabiq yarımmüdafiəçisi Keysuke Honda özünə yeni klub tapıb.
 
Corner.az xəbər verir ki,  34 yaşlı futbolçu bundan sonra karyerasını Portuqaliyada davam etdirəcək.
 
O, “Portimonense” klubu ilə müqavilə imzalayıb. Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Honda mövsümün sonuna qədər “Portimonense”də çıxış edəcək.
 
Qeyd edək ki, “Portimonense” klubu Portuqaliya Premyer Liqasında 15-ci sıradadır.
 
Əlavə edək ki, Honda, 2014-2017-ci illər aralığında “Milan”ın uğurları üçün çalışıb. Yarımmüdafiəçi son olaraq Braziliyanın “Botafoqo” klubunda çıxış edib. Onun formasını geyindiyi klublar arasında “Naqoya”, “Venlo”, ÇSKA (Moskva), “Paçuka”, “Melburn Viktoriya” və “Vitess” də var.






Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır