11 mart 2025. Çərşənbə axşamı

Gerye rəsmən Kipr klubunda


  • Transfer
  • 09:49 09.02.2021
  • Oxunma sayı: 158
Gerye rəsmən Kipr klubunda
“Qarabağ”ın bir neçə gün öncə vidalaşdığı Donald Geryenin Kiprin “Apollon” klubuna keçidi rəsmiləşib.
 
Corner.az xəbər verir ki, bu barədə Limassol təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Məlumatda, Geryenin sol cinah müdafiəçisi mövqeyində çıxış etdiyi daha öncə “Visla”, “Alanyaspor”, “Qarabağ” və “Neftçi”nin formasını geyindiyi diqqətə çatdırılıb. Onun son üç ili Azərbaycan klublarında keçirməsi xüsusi vurğulanıb.
 
Geryeyə yeni komandasında uğurlar arzulayan “Apollon”un mətbuat xidməti, futbolçu ilə müqavilənin müddətini açıqlamayıb. Sadəcə, onun Limassol təmsilçisində 96 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb. Koronavirus pandemiyası ilə əlaqədar futbolçunun hələ bir neçə gün karantində qalacağı da açıqlanıb.
 
Gerye özü də sosial şəbəkə hesabında yeni klubunun forması ilə fotolarını paylaşıb.






Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici
Salah "Barselona"ya keçə bilər
  • Transfer
  • 13:08 11.03.2025
Salah "Barselona"ya keçə bilər