8 aprel 2026. Çərşənbə

Keşlə daha bir transfer etdi


  • Transfer
  • 18:30 09.02.2021
  • Oxunma sayı: 188
Keşlə daha bir transfer etdi
“Keşlə” heyətini daha bir futbolçu ilə gücləndirib.
 
Corner.az xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçi Elvin Yunuszadəni transfer edib.
 
Bu barədə  klubun mətbuat xidməti məlumat yayıb.Paytaxt klubu  28 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalayıb.
 
Elvin bunadək "Neftçi", "Qarabağ", "Sabah" və "Səbail", həmçinin Bosniya və Herseqovinanın "Çelik" və Şimali Makedoniyanın "Şkupi" klublarında çıxış edib. Yunuszadə Azərbaycan milli komandasının heyətində 3 dəfə meydana çıxıb.
 
Qeyd edək ki, "Keşlə" bu gün Moldova millisinin yarımmüdafiəçisi, son klubu "Sabah" olan Yevgeni Koçuku da heyətinə qatdığını açıqlayıb.






Transfer