3 iyul 2026. Cümə

Dəli'nin 30-cu klubu - 44 yaşında


  • Transfer
  • 10:51 10.02.2021
  • Oxunma sayı: 212
Dəli'nin 30-cu klubu - 44 yaşında

Uruqvay millisinin sabiq futbolçusu Sebastyan Abreu Braziliyanın  "Atletik" klubuna keçib.

Corner.az xəbər verir ki, 44 yaşlı hücumçu bununla da karyerasında 30-cu fərqli klubda çıxış edəcək.  “Dəli” ləqəbli Abreu bu göstəricidə özünün dünya rekordunu yeniləyib.

Qeyd edək ki, “Atletik” 51 ildən sonra bu yaxınlarda Minas-Jerays ştatının birinci divizionuna yüksəlib.

Əlavə edək ki, 1996-2012-ci illərdə Uruqvay millisində çıxış edən Sebastyan Abreu 70 oyuna 26 qol vurub. (qol)








Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır