- Transfer
- 23:59 06.04.2026
Barcelona-nın prezidenti Jozel Bartomeu Real-ın futbolçusu İsconun Kataloniya klubuna mümkün keçidindən danışıb.
Corner.az xəbər verir ki, prezident transferə biganə yanaşmadığını bildirib. “Əgər bizim baş məşqçiyə yeni futbolçu lazımdırsa və həmin futbolçu özü klubundan ayrılmaq istəyirsə onu Barcelona-ya gətirə bilərik. Bildiyimə görə, İsco Real-dan getmək arzusundadır. Transferinə lazımı qədər pul ödəməyə hazırıq. İstənilən klub heyəti gücləndirməyi ən önəmli məsələ sayır. İsconun keçidini Real-ın prezidenti Florentino Pereslə müzakirə edəcəyəm”, - Bartomeu deyib. (goal.az)