3 iyul 2026. Cümə

Neftçi Ahmedov üçün 150 min avro ödəyəcək


  • Transfer
  • 15:52 11.02.2021
  • Oxunma sayı: 181
Neftçi Ahmedov üçün 150 min avro ödəyəcək
“Neftçi” Bolqarıstanın ÇSKA (Sofiya) klubundan 6 aylıq icarəyə götürdüyü Ahmed Ahmedovu yayda birdəfəlik transfer edə bilər.
 
Corner.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” mövsümün sonunda hücumçunu komandada saxlamaq istəsə, Sofiya təmsilçisinə 150 min avro ödəməli olacaq.
 
25 yaşlı futbolçunun “Neftçi”də ÇSKA-dakından ikiqat çox məvacib alacağı da vurğulanıb.
 
“Neftçi” Ahmedou 6 aylıq icarəyə götürüb. Hücumçunun ÇSKA ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.






Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır