- Transfer
- 23:57 07.04.2026
Dörd gün əvvəl "Defensa və Xustisiya" klubundan ayrılmış Ernan Kresponun yeni iş yeri müəyyənləşib.
Corner.az xəbər verir ki, "San-Paulu" klubun 45 yaşlı mütəxəssisə həvalə olunub. Məlumatı klubun rəsmi saytı yayıb.
Argentinalı baş məşqçi bu vəzifədə fevralın 1-də istefaya göndərilmiş Fernando Dinizi əvəzləyib.
Qeyd edək ki, Ernan Krespo daha əvvəl İtaliyada "Parma" və "Modena", həmçinin ölkəsində "Banfild"in gənclər komandasına da başçılıq edib.