8 aprel 2026. Çərşənbə

Upamekano Bavariya'da


  • Transfer
  • 12:29 13.02.2021
  • Oxunma sayı: 200
Upamekano Bavariya'da
“Bavariya” “Leypsiq”in müdafiəçisi Dayot Upamekanonun keçidini həll edib.
 
Corner.az xəbər verir ki, 22 yaşlı fransalı müdafiəçi ilə ilkin razılıq əldə olunub.
 
Bunu “Bavariya”nın idman direktoru Hasan Salihamiciç də təsdiqləyib. O, “Bild” nəşrinə açıqlamasında Upamekano ilə uzun müddətdir danışıqlar apardıqlarını və tərəflər arasında razılıq əldə olunduğunu bildirib.
 
“Bavariya” Upamekano üçün  “Leypsiq”ə futbolçunun sərbəstqalma məbləği olan 42.5 milyon avronu ödəyəcək.
 
Upamekano 2017-ci ildən “Leypsiq”in uğurları üçün çalışır. Mərkəz müdafiəçisi daha öncə “Liferinq” və “Zalsburq”da da oynayıb.






Transfer