2 oktyabr 2026. Cümə

Bavariya yeni transferini rəsmən açıqladı


  • Transfer
  • 17:49 14.02.2021
  • Oxunma sayı: 189
Bavariya yeni transferini rəsmən açıqladı
 “Bavariya” klubu “Leypsiq”in müdafiəçisi Dayot Upamekanonu heyətinə qatdığını rəsmən açıqlayıb.
 
Corner.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
 
Bundesliqa çempionu 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Upamekano komandaya bu il iyulun 1-dən qoşulacaq.
 
Yerli mətbuatın yazdığına görə, “Bavariya” fransalı futbolçu üçün “Leypsiq”ə futbolçunun sərbəstqalma məbləği olan 42.5 milyon avronu ödəyəcək.
 
Upamekano 2017-ci ildən “Leypsiq”in uğurları üçün çalışır. Mərkəz müdafiəçisi daha öncə “Liferinq” və “Zalsburq”da da oynayıb.






Transfer