7 may 2026. Cümə axşamı

Polşa klubunun baş məşqçisindən Mahir Emreli açıqlaması


  • Transfer
  • 18:13 17.02.2021
  • Oxunma sayı: 222
Polşa klubunun baş məşqçisindən Mahir Emreli açıqlaması

"Qarabağ"ın futbolçusu Mahir Emrelinin mümkün transferi hələ də Polşanın "Rakuv" klubunun gündəmindədir.

Corner.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Marek Papşun TVP SPORT-a müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan millisinin də formasını geyinən 24 yaşlı forvardın məsələsi indi də aktualdır: "Mən belə düşünürəm. Amma siyahımızda 8-9 hücumçunun adı var. Odur ki, hər şey mümkündür".

Qeyd edək ki, Mahir Emrelinin "Qarabağ"la müqaviləsi bu ilin yayında başa çatacaq.







Transfer