- Transfer
- 23:40 12.12.2025
"İnter” futbolçusu Lautaro Martinesin müqaviləsini uzadacaq.
Corner.az “La Gazetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, "neradzurra" argentinalı hücumçu ilə razılığa gəlib.
"İnter”in 23 yaşlı futbolçunun sözləşməsini bir illik artıracağı bildirilib. Martinesin məvacibinin isə 2,5 milyondan 4,5 milyon avroya qaldırılacağı qeyd olunub.
Hazırkı müqaviləsi 2023-cü ilin yayına qədər olan Martines bu mövsüm “İnter”də 32 oyunda 13 qol vurub, 7 məhsuldar ötürmə edib.(qol)