5 may 2026. Çərşənbə axşamı

Sabah yeni transferini açıqladı


  • Transfer
  • 16:45 18.02.2021
  • Oxunma sayı: 227
Sabah yeni transferini açıqladı

"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Masazır təmsilçisi ukraynalı müdafiəçi Zurab Oçiqavanı transfer edib.

25 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə bağlanıb.Yeni transfer “Sabah”da 3 nömrəli formada çıxış edəcək.

Oçiqava peşəkar karyerası ərzində ölkəsinin “İlyiçevets” (2014 - 2015), “Dinamo-2” (Kiyev, 2015 - 2016), “Dinamo” (Kiyev, 2016 - 2017), “Olimpik” (Donetsk, 2017 - 2018), “Dnepr-1” (2018 - 2019), “Vorskla” (2019-20) və Estoniyanın “Levadiya” (2020) klublarında çıxış edib. O, Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvü olub.








Transfer