13 dekabr 2025. Şənbə

Portu'da daha bir Pepe


  • Transfer
  • 09:52 19.02.2021
  • Oxunma sayı: 204
Portu'da daha bir Pepe
“Portu” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Corner.az xəbər verir ki, Portuqaliya təmsilçisi klub “Qremio”nun yarımmüdafiəçisi Pepeni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə müqavilənin müddəti 2026-cı ilin yayına qədərdir. Amma bu sözləşmə iyulun 1-dən qüvvəyə minəcək. Bu səbəbdən də braziliyalı futbolçu yeni komandasına yayda qoşulacaq.
 
“Portu” bu transfer üçün 15 milyon avrosundan keçib. Portuqaliya klubu yeni transferinə 70 milyon avro qiymət də qoyub.
 
Qeyd edək ki, Pepe 2016-cı ildən “Qremio”nun uğurları üçün çalışırdı. Bu mövsüm Braziliya çempionatında 30 matça çıxan futbolçu 9 qola imza atıb.






Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı