13 dekabr 2025. Şənbə

Real Holannı 8 milyon avroya almaqdan imtina edib


  • Transfer
  • 15:50 20.02.2021
  • Oxunma sayı: 204
Real Holannı 8 milyon avroya almaqdan imtina edib

"Real" klubu 2018-ci ildə Erlinq Holann üçün 8 milyon avro ödəməkdən imtina edib.

Corner.az "Marca"ya istinadən xəbər verir ki, 20 yaşlı hücumçunun "Molde"də çıxış edərkən Madrid klubuna keçmək imkanı olub.

Lakin "kral klubu" Vinisius Junior, Rodriqo və Rayneri almaqla Braziliyalı futbolçulara üstünlük verib. Daha sonra "Zaltsburq" Norveç millisinin gənc forvardını 8 milyon avroya alıb və 2019-cu ilin dekabrında onu "Borussiya" (Dortmund) klubuna satıb. Hazırda Holannın transfer dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Erlinq Holann cari mövsüm Almaniya Bundesliqasında 16 matçda iştirak edib, 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı