11 mart 2025. Çərşənbə axşamı

Anri ABŞ klubundan ayrıldı


  • Transfer
  • 10:57 26.02.2021
  • Oxunma sayı: 144
Anri ABŞ klubundan ayrıldı
ABŞ-ın “Monreal İmpakt” klubunun baş məşqçisi Tyerri Anri istefa verib.
 
Corner.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
43 yaşlı mütəxəssisin ailəvi məsələlərlə əlaqədar ayrılıq qərarı aldığı diqqətə çatdırılıb.
 
Anri klubun mətbuat xidmətinə açıqlamasında istefasını belə şərh edib: “Ötən il mənim üçün çox ağır keçdi. Dünya miqyasındakı pandemiya səbəbindən uşaqlarımı görə bilmədim. Bu ayrılıq uşaqlarım və mənim üçün çox çətindir. Bu səbəbdən Londona qayıtmaq məcburiyyətindəyəm”.
 
Qeyd edək ki, fransız futbolçu karyerasını başa vuran sonra “Arsenal”ın aşağı yaş qrupları üzrə komandalarında məşqçiliyə başlamış, daha sonra Belçika yığmasında köməkçi məşqçi kimi çalışmışdı. 2018-ci ildə “Monako”ya baş məşqçi təyin olunan fransız mütəxəssis, 2019-cu ildən “Monreal İmpakt”ı çalışdırırdı.






Transfer

MY-nin yeni transfer hədəfi
  • Transfer
  • 22:52 11.03.2025
MY-nin yeni transfer hədəfi
Luka Modriçə əvəzləyici
  • Transfer
  • 15:56 11.03.2025
Luka Modriçə əvəzləyici
Salah "Barselona"ya keçə bilər
  • Transfer
  • 13:08 11.03.2025
Salah "Barselona"ya keçə bilər